Sionist “Maariv” qəzeti yazır: Zaman keçdikcə “İsrail” ordusunda belə bir inam formalaşmaqdadır ki, 25 il öncə itkin düşən pilot Ran Arad elə o zaman Livana qarşı həyata keçirilən desant qüvvələrinin hücumu zamanı həlak olub.
“Maariv” yazır: İsrailin təhlükəsizlik orqanının başçıları 1988-ci ilin may ayının 3-ü ya 4-nü Aradın ölüm tarixi kimi elan ediblər.
Bu məlumata görə, sionist rejim ordusu Almaniyanın vasitəçiliyi ilə əldə etdiyi məxfi məlumatların ardınca belə bir nəticəyə gəlib ki, Arad ötən əsrin 90-cı illərində ölüb və bu haqda onun ailəsi də məlumatlandırılıb.
Lakin Aradın ailəsi ölümü təsdiq edəcək tutarlı dəlil və sübutun olmadığını nəzərə alaraq, ordunun bildirişini qəbul etməyib.
Halbuki ordu hələ də Aradı dəfn olunduğu yer məlum olmayan ölü deyil, itkin hesab edir.
İsrail ordusunun Aradın Livana qarşı həyata keçirilən hücum zamanı həlak olması versiyasına üstünlük verməsinə səbəb olan amil, Livan Hizbullahının 2008-ci ildə əsirlərin mübadiləsi çərçivəsində verdiyi məlumatdır.
“Maariv” qəzetinin yazdığına görə, Livan Hizbullahı Aradla bağlı araşdırmaların onun həlak olduğuna dəlalət etdiyini bildirib.
“Maariv” əlavə edib: Bu gün orduda Aradla bağlı əldə olunan yekun nəticə bundan ibarətdir ki, o, 25 il öncə ölüb. Bu arada Aradın ölümü ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bu versiyalardan birinə görə, onu saxlanıldığı yerdə mühafizəçilərdən biri Midun qəsəbəsinə qarşı hücuma görə qətlə yetirib.
Digər versiyalardan biri isə budur ki, Arad saxlanıldığı yerdən qaçdıqdan sonra livanlı qruplar ilə toqquşmada qətlə yetirilib.