Kanadada insan haqlarının pozulması BMT üzvləri tərəfindən kəskin tənqid olunub.
Bu məlumata əsasən, BMT-yə üzv 83 ölkə son zamanlar Cenevrədə İnsan Haqları Şurasının iclasında Kanadada yerlilərin hüquqlarına riayət olunmaması, qadınlara qarşı kobudluq və iqtisadi bərabərsizlikdən nigaranlıq edib.
BMT İnsan Haqları Şurasında ikinci beynəlxalq dövri araşdırmalar zamanı Kanada bir daha insan haqları qarşısında öz öhdəliklərini yerinə yetirməyə səy göstərməyə çağırılıb.
Bu iclas zamanı həmçinin Kanada dövlətindən istənilibdir ki, bu sahədəki öhdəliklərinə əməl etməmək barədə cavabdeh olsun.
BMT İnsan Haqları Şurası özünün 2009-da keçirilən öncəki iclasında Kanadaya xəbərdarlıq etmişdi və bunun qarşılığında Ottava öhdəlik götürmüşdü ki, bu ölkədəki iqtisadi və ictimai ədalətsizliklərə baxacaq.
Tənqidçilər bu qənaətdədirlər ki, Kanadanın baş naziri Stefan Harperin dövlətinin son siyasətləri bu ölkə xalqı üçün vəziyyəti əvvəlkindən daha artıq şəkildə pisləşdiribdir.
Son dəyişikliklər elə bir halda baş veribdir ki, 3-4 milyon kanadalı yoxsul şəraitdə yaşayır, 150-300 min nəfər də evsizdir.
Mövcud məlumatlara əsasən, təqribən 4 mln. kanadalı da aclıqla əlbəyaxadadır.