Fələstinin İnformasiya Çatdırma Nazirliyi bildiribdir ki, sionist rejim son iki həftə ərzində 38 uşağı həbs edib.
Bu məlumata görə sionist İsrail rejimi indiyə qədər 18 yaşdan aşağı olan 246 uşaq və yeniyetməni yaxalayaraq, həbs edib ki, onlardan 47 nəfəri 15 yaşdan aşağıdırlar.
Sionist rejimin bu hərəkəti elə bir halda həyata keçirilir ki, sionist İsrail rejiminin məhkəmə hakimiyyəti indiyə qədər sionist şəhərcik sakinləri və sionist təhlükəsizlik qüvvələrinin fələstinli uşaqlara qarşı aqressivliklərinə heç bir reaksiya olmayıbdır.
İndiyə qədər fələstinli uşaqların sionist şəhərcik sakinlərinin avtomobilləri vasitəsi ilə həlak olmaları və onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri haqda onlarla kadr yayılıbdır.
