Sionist rejim dünyada 6-cı silah ixracatçısıdır
Yeni hərbi məlumatlar İsrail rejiminin dünyada 6-cı ən böyük silah ixracatçısı olduğunu göstərir.
Hərbi və müdafiə sektorunda ticarət informasiyalarını əks etdirən HİS Jane’s şirkəti çərşənbə axşamı günü bir məlumatda bildirib ki, İsrailin ixracatı 74% artaraq 2012-də 2 milyard 400 milyon dollara çatıb.
Bu məlumata görə, Hindistan İsrailin ən böyük silah müştərisi hesab olunur.
Azərbaycan Respublikası da İsrailin silah müştərilərindən sayılır. Sionist mətbuat ifşa edib ki, Azərbaycan Respublikası 1,5 milyard dollardan çox vəsait dəyərində İsraildən silah satın alıb.
ABŞ 28 milyard dollar silah satışı ilə birinci, Rusiya 10 milyard dollar silah satışı ilə ikincidir.
Bu məlumata görə, Fransa 4,5 milyard dollar silah satışı ilə dünyada 3-cü silah ixracatçısıdır. İngiltərə isə 4 milyard dollar silah satışı ilə 4-cü yerdə qərarlaşır. Almaniya ümumilikdə 3 milyard dollar silah satışı ilə dünyada ən böyük 5-ci silah ixracatçısı hesab olunur