Fələstin İslami Müqavimət Təşkilatı (Həmas) təmsilçiləridən biri deyib: Qəzzə zolağının zalımcasına mühasirə edilməsi heçvaxt müqaviməti sındırmayacaq.
Fələstin İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Həmas-ın Xanyunus məntəqsindəki sözçüsü Həmad Rəqəb cümə günü (28 mart) təkidlə bildirib ki, Qəzzə zolağının zalımcasına mühasirəsi və sionist düşmənin təzyiqlər tətibiq etməsi, son nailiyyətin əldə edilməsi üçün fələstinlilərin iradələrini dahada güncləndirir.
Rəqəb açıqlayıb ki, Fələstin şəhidləri öz qanları, Qəzzə sakinləri isə öz səbirləri ilə izlədiyi yol, fəlsətin xaqlı hüquqlarının reallaşması üçün ən qısa yol hesab olur və ötən illər ərzində fələstinlilərin qələbə və böyük nailiyytətlər əldə etmələrinə gətirib çıxarıb.
Bu sözləri Fələstinin İzəddin Qəssam batalyonlarının üzvlərindən biri olan şəhid Həmzə Əbu Eydin torpaqa tapşırılması mərasimində deyən Rəqəb, fələstinliləri öz hüquqlarının bərpası istiqamətində səbir, cihad və Allah yolunda mübarizəni davam etdirməyə çağırıb.
Yüzlərlə Fələstin vətəndaşı qeyed edilən mübarizin son mənzilə yola salınması mərasmində müqavimət bayraqlarını daşıyaraq iştirak ediblər və cihad və müqavimət və şəhidlərin yolunun davam etməsini əks etdirən şüarlar səsləndiriblər.