Dünya

Sionist rejim Qəzzədə Həmasın iki səhra komandirini şəhid etdiyini açıqladı

Sionist rejim Qəzzədə Həmasın iki səhra komandirini şəhid etdiyini açıqladı

Sionist rejimin ordusu Qəzzə zolağının Xan Yunis və Cəbaliya bölgələrinə iki ayrı hücumda Həmasın hərbi qanadına mənsub iki bölük komandirini şəhid etdiyini açıqlayıb.

Sionist rejimin ordusu və ŞABAK sözçülərinin yaydığı birgə bəyanatda bildirilib ki, çərşənbə axşamı Xan Yunis bölgəsinə edilən hücum zamanı Həmasın hərbi qanadının Xan Yunis briqadasında bölük komandiri olan Əşrəf Nayif Məhəmməd Təbasi hədəfə alınaraq şəhid edilib.

Bəyanata görə, ötən gün Cəbaliya bölgəsinə edilən hücumda isə Cəbaliyanın qərb batalyonunda bölük komandiri olan Sabir Nayif Mahmud Nəbhan hədəfə alınaraq şəhid olub.