İordaniya parlamenti bu gün bir layihə qəbul edərək, sionist rejim səfirinin Əmmandan çıxarılmasının lehinə səs verib.
Həmçinin İordaniya Məclisinin üzvləri bu layihədə həmin ölkənin işğal olunmuş Fələstin ərazilərindəki səfirliyinin bağlanması və Təl-Əvivdəki İordaniya səfiri Vəlid Ebidatın geri çağırılmasını istəyiblər.
İordaniya parlamentinin üzvü Əbdülkərim Əl-Dəğmi parlament üzvlərinin böyük əksəriyyətlə bu layihənin lehinə səs vermələrindən sonra deyib: Sionist rejimin səfiri Daniel Nifonun İordaniyadan çıxarılması hökumət üçün vacibdir və onun icra olunmaması məclisin məğlubiyyəti deməkdir.
Həmçinin İordaniya parlamentinin üzvləri sionist rejimin Məscid-ül-Əqsaya qarşı təcavüzkar hərəkətlərinə reaksiyada bu rejimə qarşı müharibə istəyiblər.
Digər tərəfdən, 26 iordaniyalı parlament üzvü bir bəyanatda Əmman-Təl-Əviv sazişinin yenidən nəzərdən keçirilməsini istəyib.
Əksəriyyətini fələstinlilər təşkil edən İordaniya xalqı ötən əsrin 90-cı onilliyində sazişin imzalanmasından bəri çoxlu saylı aksiyalarda bu müqavilənin ləğvini istəyib, lakin İordaniya hökuməti bu tələblə müxalifət edib.