Dünya

Sionist rejimin dağıntıları Qəzzədə 350 min ailəni qış ərəfəsində sığınacaqsız qoyub

Sionist rejimin dağıntıları Qəzzədə 350 min ailəni qış ərəfəsində sığınacaqsız qoyub

Qəzzə Zolağında binaların 80 faizinin Sionist rejim tərəfindən dağıdılmasından sonra qışın yaxınlaşması ilə 350 min fələstinli ailə sığınacaqsız qalıb. Bu barədə Qəzzə İctimai İşlər və Mənzil Nazirliyi məlumat yayıb.

Qəzzəyə qarşı Sionist təcavüz nəticəsində təxminən 410 min mənzilə ziyan dəyib. Onlardan 335 min mənzil tamamilə dağıdılıb, daha 75 min mənzil isə yaşayış üçün yararsız vəziyyətə salınıb.