AsyaDünyaFələstinXƏBƏRLƏR

Siyasi həbslərin davam etməsi milli barışığa mane olacaq

Fələstinin İslam Müqavimət Təşkilatı Həmas qeyd edib : İordan Çayının Qərb Sahilində siyasi həbslərin davam etməsi milli barışığın reallaşmasına mane olacaq.

Misirin ” Əl-Youm Əl-Sabe ” internet saytı yazıb : Həmasın sözçüsü cümə axşamı günü bir müsahibədə İordan Çayının Qərb Sahilində siyasi həbslərin davam etməsinə və Həmas fəallarının təqib edilməsinə işarə edərək deyib : Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik polisinin bu mövqeyi daxili münasibətlərə və milli prinsiplərə xələl gətirəcək.
Sami Əbu-Zəhri xatırladıb : Belə bir mövqelərin tutulması milli barışığın reallaşmasına dair atılan addımları çıxılmazlıqla üzləşdirəcək.
Onun sözlərinə görə , həbslərin davam etməsi , Həmas üzvlərinə işgəncənin verilməsi və onların Sionist rejimə təhvil verilməsi milli barışıq mövzusunun əhəmiyyətinin zəiflədilməsinə səbəb olacaq.
Müsahibəsinin digər hissəsində Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas və onlardan asılı orqanları siyasi həbslərin davam etməsinin təhlükəli nəticələrinin müqəssiri sayan Əbu-Zəhri belə bir qeyri-məntiqi siyasətin dayandırılmasının vacibliyini vurğulayıb.
Həmas Təşkilatı iki gün bundan öncə də bir bəyanatda İordan Çayının Qərb Sahilində fələstinli fəalların həbs edilməsinə və Fələstin Özünüidarə Təşkilatının Sionist rejimlə əməkdaşlıq etməsini piləmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu