Laricani Azərbaycanda Əhli-Beyt(ə) irsi və maarifinin genişləndirilməsinin önəminə təkid etdi
İran İslam Şurası Məclisinin sədri Tehranda Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşdə Azərbaycanda Əhli-Beyt(ə) irsi və maarifinin rəvac verilməsinin əhəmiyyətini vurğulayıb.
Əli Laricani Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib: Azərbaycanda Əhli-Beyt(ə) irsi və maarifinin genişləndirilməsi bu ölkənin inkişafına və çiçəklənməsinə habelə, güclənməsi və qüdrətlənməsinə səbəb olacaq.
Ə.Laricani əlavə edib: Xalqın dini dayaqları nə qədər möhkəm olarsa, ölkənin milli mənafeyi də bir o qədər yaxşı qorunar.
İran Parlamentinin spikeri İran və Azərbaycan münasibətlərini qonşuluq münasibətlərindən daha üstün adlandırıb və deyib: Dini, məzhəbi və tarixi ortaqlıqlar iki ölkə arasında dostluq və qardaşlıq üçün ən münasib zəminlərdir.
İranın qanunvericilik orqanının başçısı həmçinin deyib: İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini genişləndirmək üçün bütün mövcud potensiallardan istifadə etmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bu görüşdə iki ölkəni bir-birinə dərin dostluq və qardaşlıq tellərinin habelə, qırılmaz dini, məzhəbi və tarixi ortaqlıqların bağladığını deyərək, vurğulayıb: Azərbaycan xalqı heç vaxt çətin günlərdə İrandan aldığı dəstək və himayələri unutmayacaq.
Allahşükür Paşazadə əlavə edib: Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi zamandan bəri ölkədə dini maarifin inkişafı sahəsində geniş səylər həyata keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bu görüşdə Azərbaycanda dini maarifin genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, İslam Universitetinin təsis edilməsi, məscidlərin tikilməsi və dini elmlər hövzələrinin yaradılmasına işarə edib.