İranqın daxili problemləri, o cümlədən ölkənin şimal hissəsindəki problemlər İraq neftinin ölkədən ixrac edilməsini əngəlləyib.
“Petroliom İntilicens Vikli” həfəliyinin verdiyi məluamta əsasən, müxtəlif bomba partlayışlarının həyata keçrimləsi və İraqda siyasi ixtilafların artması ölkənin şimal məntəqəsində yerləşən Kərkuk-Ceyhan neft boru kəməri vasitəsi ilə Türkiyəyə neft ixracatının azalmasına səbəb olub.
Həmin məlumata əsasən, İraq 2014-cü milad ilində yalnız 40 min barel xam nefti həmin boru kəməri vasitəsi ilə Türkiyəyə ixrac etməyə müvəffəq olmuşdur ki bu miqdar 2007-ci ildən bəri ən az ixracat həcmi hesab olur.
Bağdad mərkəzi hökumətinin Türkiyə və İraq Kürdüstan muxtariyyət İdarəsi ilə gərginliyin yaranması həmçinin Əl-qaidənin ölkədə terrorçu əməliyyatları İraq neftinin şimal neft boru kəmərlərindən ixrac edilməsinə ağır zərbələr vurub belə ki bu məntəqədən ixrac edilən neftin miqdarı 2011-ci ilin analoji dövrü ilə müqayisədə gündəlik 455 min bareldən, 2013-cü ilədə gündəlik 264 min barelədək azalmışdır.