ABŞ dövlət katibi Con Kerri deyib ki, ABŞ hökumətinin beynəlxalq casusluq proqramı barəsindəki son ifşaçılıqlara görə, özlərini necə qorumağı bilən terrorçuların Birləşmiş Ştatlara hücum etmələri ehtimalı vardır.
Kerri bazar ertəsi günü CNN telekanalına deyib: İnsanların Eduard Snowdenin etdiyi işin nəticəsində həlak olmaları mümkündür.
“Mümkündür ki, ABŞ hücuma məruz qalsın. Çünki terrorçular hazırda bilirlər ki, özlərini necə müdafiə etsinlər və öncədən bilmədikləri yolları hazırda bilirlər. Bu çox təhlükəlidir” –deyə Kerri bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatının sabiq podratçısı Eduard Snowdenbır sıra sənədləri medialara verib. Bu sənədlərə əsasən bu təşkilat ötən bir neçə il ərzində telefon danışıqlarını dinləməkdən əlavə, bir çox Amerika və xarici vətəndaşların internet fəaliyyətlərini Prism adlı proqram çərçivəsində nəzarətdə saxlamışdır.
Snowden Prism casusluq proqramını ifşa edib. Bu proqram ABŞ Milli Təhlükəsizlik Təşkilatı, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə Google, Apple, Microsoft, Facebook və Amerikan Online kimi Amerikanın internet şirkətlərinin xidmətlərinə nəzarət etmək icazəsini verir.