İraqın şimalında yerləşən Kərkük vilayətinin əhalisi, ölkə cəmiyyətinin müxtəlif təbəqələri arasında intriqaların davamı haqda xəbərdarlıq ediblər.
İraqın şimalında yerləşən Kərkük vilayətinin əhalisi ötən gün Şiələr və Sünnilərin birgə qıldığı cümə namazından sonra, iraqlı vətəndaşlar arasında daxili qarşıdurmaların və fitnələrin törədilməsi haqda xəbərdarlıq edərək, rəsmi Bağdadı,Tuz və digər türkmənsakinli məntəqələrdə türkmənlərin məhvi üzrə təşkilatlandırılmış hərəkətlərin qarşısını almağa çağırıblar.
İraqlı namzaqılanlar həmçinin müxtəlif qruplar və partiyalar arasında söz birliyinin vacibliyinin və ixtilaflardan çəkinmələrin zərurətinə toxunaraq terrorizmlə mübarizənin aparılması üçün ordu və polisdən himayələri üzrə təkid ediblər.
Bununla əlaqədar Kərkük vilayətinin Qanuni hökumət koalisiyasının deputatı Sumeriyyənyus portalına verdiyi müsahibədə deyib: Kərkük vilayəti sakinləri, o cümlədən Tazə , Tuz, Təl-əfər, Lilan, Daquq və yacı məntəqələrinin sakinləri ötən gün müştərək cümə namazında iştirak edərək, İraqda yaşayan müxtəlif etniklər və qruplar arasında söz birliyini gözəl şəkildə nümayiş etdirdilər və bəzi qrupların İraqda tayfaçılıq qarşıdurmaları yaratmaq uğrunda səylərinin əleyinə olduqlarını önə çəkdilər, zira daxili müharibənin uduzan tərəfi İraq vətəndaşları olacaqlar.
İraqın şimalında yerləşən Səlahəddin vilayətinin Tuzxormato məntəqəsi neçə ay bundan öncə başlanmış terrorçu hücumların hədəfinə çevrilib.
