DünyaXƏBƏRLƏR

İran Parlamenti nazirlik vəzifəsinə namizədliyi irəli sürülənlərin səlahiyyətlərini araşdırmağa başlayıb

İranın yeni prezidenti tərəfindən nazirlik postları üçün namizədliyi irəli sürülən 18 nəfərin səlahiyyətlərinin İslam Şurası Məclisinin açıq iclasında araşdırılmasına start verilib.

İran İslam Şurası Məclisinin əsasnaməsinə görə, nazirlərə etimad rəyinin verilməsi iclasının əvvəlində ilk olaraq prezident çıxış edərək, öz nazirlər kabinetinin üzvlərini təqdim edib. Daha sonra 5 müxalif və 5 müvafiq deputat Nazirlər Kabineti haqda öz fikirlərini bəyan edib.
Nazirlərin səlahiyyətlərinin araşdırılması prosesi nazirliklərin adlarının əlifba sırasına uyğun sıralaması əsasında aparılır.
Nazir kimi namizədliyi irəli sürülən şəxslər etimad rəyi əldə etmək üçün Parlamentin açıq iclasında iştirak edən deputatların yarısından çoxunun rəyini əldə etməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu