AzərbaycanİranXƏBƏRLƏR

Rəsmi İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyəti ilə müxalifət edir

Rəsmi Bakı hələ də İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə müxalifət edir.

İranın Bakıdakı səfiri Möhsün Pakayin “Media forum” saytına deyib : “İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin bərpa olunması üçün israr etmirik. Ancaq Azərbaycan Respublikası xalqı bu komitənin fəaliyyətini tələb edir.”
Səfir qeyd edib ki, İmam Xomeyni adına İmdad Komitəsi, xüsusilə də onun tərkibindəki poliklinika illərlə Azərbaycanda camaata xidmət göstərib. Xalqın istəyidir ki, bu xidmətdən daha artıq istifadə etsin və ona görə də İmdad Komitəsinin Azərbaycanda fəaliyyətini davam etdirməyə meyli var”.
İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub. 2011-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyi İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatını ləğv edib. Baxmayaraq ki, rəsmi Bakı çoxsaylı qərblı “humanitar” adlandırılmış təşkilatların fəaliyyətinə icazə verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu