AsyaDünyaİranXƏBƏRLƏR

Beynəlxalq ictimaiyyətin mənfəətli informasiya atmosferindən daha artıq istifadə edilməlidir

İran İslam Respublikası prezidenti Beynəlxalq ictimaiyyətin mənfəətli informasiya atmosferindən daha artıq istifadə etməyi istəyib.

Həsən Ruhani bu gün şənbə günü Tehranda keçirilən 4-cü Rabitə və İnformasiya Texnologiyaları Festivalında deyib ki, gənclər İslami-İrani mentaliteti dünyaya təqdim etməlidirlər.

Ruhani deyib: Əgər mədəni hücum varsa, passiv deyil, modern vasitələrlə aktiv və şücaətli formada səhnəyə daxil olmaq lazımdır və gənclər, tələbələr, İransevərlər və İslamsevərlər ictimai fəzalar və şəbəkələrin böyük hissəsini öz ixtiyarlarına almalıdırlar.

Müxtəlif səhnələrdə iştirak habelə gənc müsəlmanların hidayəti zərurətinə təkid edən İran prezidenti sonra deyib: İranın əzəmətli İslam İnqilabı, dinsizləşdirmə dövrü ilə məşhur olan dövrdə zəfər çaldı və qərbpərəstliyin dünyada hakim mədəniyyət kimi bir çox ictimaiyyətlərdə rəvac tapdığı dövrdə islamçılıq şüarını yaydı.

İran İslam Respublikası prezidenti sonra deyib: kompüter texnologiyaları və təchizatları bölməsində idxalata deyil, daxili elmə diqqət etmək lazımdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu