İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü iki İran vətəndaşının Keniya məhkəməsi tərəfindən ömürlük olaraq azadlıqdan məhkum edilməsinə reaksiya olaraq deyib: Bu iki iranlı qanuni şəkildə və rəsmi viza ilə turist kimi ötən il Keniyaya səfər edib və öncədən planlaşdırılmış bir fitnə əsasında saxta və əsası olmayan ittihamla 2012-ci ilin 19 iyun tarixində həbs olunublar.
Ramin Mehmanpərəst deyib: Bu xoşagəlməz hadisə İran İslam Respublikasının vitse-prezidenti cənab Rəhiminin ötən il Keniyaya olan uğurlu səfərinin ardınca baş verib və təəssüflər olsun ki, ölkə rəsmilərimizin dost ölkələrə olan uğurlu səfərlərinin ardınca bədxahlar və imperialist qüdrətlər tərəfindən bu kimi fitnələrin törədilməsi keçmişdə də müşahidə olunub.
İran XİN sözçüsü Keniyanın yeni hökumətindən istəyib ki, məsələ yenidən və münasib şəkildə araşdırılsın və bu iki İran vətəndaşına qarşı irəli sürülən ittihamlar qaldırılsın və onlar azad edilsin.
