SuriyaÜMUMİXƏBƏRLƏR

Suriyanın xarici işlər naziri Tehranda səfərdədir

Suriyanın xarici işlər naziri İran İslam Respublikası rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Tehrana səfər edib.
Suriyanın xarici işlər naziri Vəlid Müəllim bu səfər çərçivəsində iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşüb, ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələlər haqda danışıqlar aparıblar.
Görüşdən sonra Suriya və İranın xarici işlər nazirləri müştərək mətbuat konfransında iştirak ediblər.
Vəlid Müəllim bu mətbuat konfransında Suriya böhranı haqda deyib: Suriyada cərəyan edən böhrana son qoymaq üçün Türkiyə və Qətərə təzyiqlərin göstərilməsi kifayət edər.
Suriya xarici işlər naziri daha sonra deyib: Mənim Tehrana səfərimin başlıca səbəbi böhranlı günlərində Suriyanın kənarında  yer aldığı üçün İran İslam Respublikasına təşəkkür etməkdir.
V.Müəllim deyib: Ruslar və İrandakı qardaşlarımız Suriya böhranının diplomatik yollarla həll edilməsi üçün var gücləri ilə çalışırlar.
Suriya xarici işlər naziri habelə deyib: Qətl və qırğın islahatlara səbəb olmayacaq. Ölkə üçün aydın gələcək istəyən hər bir kəs müzakirə masası arxasına keçməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu