DünyaİranXƏBƏRLƏR

5+1 Fordo-nun bağlanması tələbini geri götürdü

Amerikada çıxan Nyu-York Tayms qəzeti İran ilə 5+1 Qrupu arasındakı nüvə müzakirələrinin yeni dövrünə işarə edərək, yazıb: Bu dövr müzakirələrdə “altılar” Fordo uran zənginləşdirmə mərkəzinin bağlanması tələbini geri götürdü.
İran və 5+1 Qrupu arasındakı müzakirələrdən bir neçə günün keçdiyi bir şəraitdə Qərb medialarının Almatı müzakirələri ilə bağlı təhlilləri davam edir. Elə bu istiqamətdə Nyu-York Tayms Almatı iclası ilə bağlı məqaləsi üçün “5+1 Qrupu Fordo nüvə mərkəzinin bağlanması tələbini geri götürdü” başlığını seçib.
Nyu-York Tayms əlavə edib: Almatıda böyük qüdrətlər Fordo uran zənginləşdirmə mərkəzinin bağlanması ilə bağlı İran qarşısındakı tələblərini geri götürdülər. Bunun yerinə İranın Fordo mərkəzində uranın zənginləşdirilməsi əməliyyatını müvəqqəti olaraq dayandırması və uran zənginləşdirmə əməliyyatının bərpasını çətinləşdirəcək tədbirlər görməsi şərtini irəli sürdü. Onlar həmçinin bildiriblər ki, İran Tehranın tədqiqat reaktorunda tibbi məqsədlər üçün istifadə ilə bağlı məhdud formada təhlükəli maddələrin(20% zənginləşdirilmiş uran) istehsalı və saxlanılmasını davam etdirə bilər.
Nyu-York Tayms əlavə edib: Əgər Tehran bu şərtləri qəbul edərsə, böyük qüdrətlər İrana qarşı tətbiq edilmiş bəzi sanksiyalar o sıradan qızıl və neft-kimya sənayesinə tətbiq edilən sanksiyaların icrasını dayandıracaq və Avropa Birliyi və BMT TŞ bundan sonra İrana qarşı əlavə sanksiyalar tətbiq etməyəcək.
Nyu-York Tayms həmçinin, bir qrup ABŞ konqresmeninin İrana qarşı yeni sanksiyalar tətbiq etməyə səy göstərməsinə işarə edərək, yazıb: Müzakirələrin başa çatmasından cəmi bir neçə saat sonra həm respublikaçılar həm də demokratlardan ibarət bir qrup İrana qarşı sanksiyaların artırılması üçün yeni proqramlar hazırladıqlarını bildirib. Sanksiyaların ABŞ-ın xarici siyasətinin ayrılmaz parçası olduğuna baxmayaraq, hazırkı dövrdə bu siyasətin izlənilməsi İran ilə müzakirələrə zərbə vurmuş olacaq. azeri.sahartv.ir  məlumat verir ki, Bundan öncə İranın baş nüvə müzakirəçisi Səid Cəlili demişdi ki, Fordo nüvə mərkəzinin bağlanması artıq qarşı tərəfin şərtləri sırasında yer almır. Qərb tərəfi də Almatı müzakirələrini müsbət dəyərləndirib.
Almatı müzakirələrində danışıqların davam etdirilməsi haqda razılıq əldə olundu. Belə ki, martın 16-17-də İstanbulda ekspertlər səviyyəsində iclas keçirilməli daha sonra isə martın 5-də Almatıda yenidən müzakirələr davam etdirilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu