İranXƏBƏRLƏR

“Sülh” boru kəməri durdurulmayacaq

Pakistan prezidenti tam qətiyyətlə bildirib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran qazını ölkəsinə nəql edəcək boru kəmərinin çəkilməsi layihəsinin icrası heç bir vəchlə durdurulmayacaq.

Asif Əli Zərdari Lahurda jurnalistlər qarşısında deyib: Pakistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran qazını bu ölkəyə nəql edəcək “Sülh” boru kəmərinin çəkilişini dayandırmayacaq.
Asif Əli Zərdari tam aydın formada bəyan edib ki, onun hakimiyyətdə olduğu zamana kimi İran qazını Pakistana nəql edəcək boru kəmərinin çəkilməsi əməliyyatı nəyin bahasına olursa olsun, durdurulmayacaq. Azeri.sahartv.ir məlumat verir ki, “Sülh” boru kəməri layihəsinin icraçısı olan İran-Pakistan Konsorsiumu Pakistan prezidentinin İran İslam İnqilabının Böyük Rəhbəri ilə görüşdüyü gün boru kəmərinin Pakistan ərazisindən keçən hissəsinin quraşdırılmasına start verib.

Bu boru kəmərinin çəkilişinə iki ölkənin sərhəd məntəqəsindən, Pakistanın Nəvvab Şah məntəqəsindən başlanılıb. Boru kəmərinin Pakistan ərazisinə düşən hissəsinin uzunluğu 781 kilometrdir. Boru kəmərinin ümumi uzunluğu 1881 kilometrdir. İran-Pakistan Konsorsiumu bu layihənin icrasını 15 ay ərzində başa çatdırmalıdır.
“Sülh” boru kəmərinin smeta dəyəri 1.2-1.5 milyard dollar təxmin edilir. Bu boru kəməri ilə gün ərzində 21.5 milyon kubmetr qaz nəql ediləcək. İran bu layihənin icrası üçün Pakistana 500 milyon dollar həcmində kreditin ayrılması ilə razılaşıb.
Asif Əli Zərdari İran prezidenti Mahmud Əhmədinejad da deyib: Biz İran ilə əlaqələrin möhkəmləndirilməsinə böyük inam bəsləyirik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu