Ali-Xəlifə rejiminin məhkəməsi 5 Bəhreyn vətəndaşını 2012-ci ildə “Formula 1” avtomobil yarışlarının keçirildiyi zaman iki hücumda iştirak etməklə bağlı əsassız ittihamla 15 il həbsə məhkum edib.
Röytersin məlumatına görə, müttəhimlərdən iki nəfəri qiyabi şəkildə mühakimə olunub.
Bəhreyn İnsan Haqları Tərəfdarı Gənclər Cəmiyyətinin rəhbəri Məhəmməd əl-Məsqəti də deyib: Bu şəxslərdən işgəncə altında dindirilərək etiraflar alınıb.
Bəhreyndən əldə olunan başqa bir məlumata əsasən isə, Ali-Xəlifə rejimi qüvvələri Bəhreynin voleybol üzrə yığma komandasının iki oyunçusunu həbs ediblər.
Bəhreynin voleybol üzrə yığma komandasının üzvlərindən biri Yunis Əbdülkərim İraqın cənubunda yerləşən Kərbəladan döndüyü zaman Bəhreyn beynəlxalq hava limanında həbs olunub.
Bəhreyn yığmasının digər üzvü isə Əli Həsən Mənai də Ali-Xəlifə rejiminin onun mənzilinə hücumunda həbs olunub.
Bəhreyndə xalq qiyamı başladıqdan indiyə qədər 60-dan çox idmançı həbs olunub və 150-dən çox idmançı da öz karyeralarını davam etdirməkdən məhrum olunublar.