Livanın Xəbər Pres portalının verdiyi məlumata görə Cenevrə 2 iclasının keçirilməsi üzrə səylərin davam etdiyi bir halda Suriyanın xarici işlər nazirinin müavini Feysəl Miqdad deyib:
Gələcək yanvar ayında İsveçrədə keçirilməsi qərara alınmış Cenevrə 2 konfransının ən mühüm prioritetlərindən biri terrorizmlə mübarizə olmalıdır və terrorçu fəaliyyətləri himayə etməsinə görə Ərəbistanın adı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edilməlidir.
Suriyanın Cenevrə-2 iclasında iştirak etmək üzər hazırlığı bildirən Miqdad sonra deyib: Suriya prezidenti Bəşşar Əsədin xalq arasındakı yüksək reytinqə malik olmasına görə heç kəs onun Suriya 2014 prezident seçkilərində namizədliyinin irəli sürülməsinə mane ola bilməz.