Livan ordusunun əsgərləri terrorçu təkfirçilərdən bir qrupunu öldürüblər.
Çərşənbə günü axşam üstü Suriya-Livan sərhədləri yaxınlığında eləcə də Livanın şimal şərqində Ərsal qəsəbəsinin yüksəklərində terrorçu təkfirçilərlə Livan ordusu qüvvələri arasında baş verən qarşıdurmalar zamanı terrorçu təkfirçilərdən 17 nəfəri həlak olub . Bu əməliyyatda habelə çoxlu sayda terrorçu yaralanıb. ötən gecənin sonuna qədər davam edən bu qarşıdurmalarda Suriya əsgərləri Ərsal qəsəbəsinin yüksəkliyində terrorçu təkfirçilərin bazasını atəşə tutublar.
Eyni halda Suriya ordusu qüvvələri təqib halında olan terrorçuların mühüm ünsürü Əhməd Əvad Əl-Hamidini Livan ərazisində həbs ediblər.
Ordu qüvvələri eləcə də Ərsal qəsəbəsində baş verən qarşıdurmada qaçmağa nail olan 4 silahlı üsyançını həbs ediblər.
