SuriyaXƏBƏRLƏR

Möhsün Pakayin: Terrorizm ilə mübarizə apardığı üçün dünya Suriyaya təşəkkür etməlidir

İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin ötən 20 ildə heç bir ölkənin Suriya qədər terrorizmə zərbə vurmadığını deyərək, buna görə dünya ictimaiyyətinin Suriyaya təşəkkür etməli olduğunu bildirib.

M.Pakayin deyib: Qərbin terrorçuları misilsiz formada himayə etməsinə və sionist rejimin terrorçuların mövqeyini gücləndirmək məqsədilə Suriyaya olan hava hücumlarına rəğmən, bu ölkə ordusunun terrorizmə qarşı mübarizələri dünya səviyyəsində təqdirəlayiqdir.

İran səfiri Tehranda keçirilən Suriyanın Dostları iclasını Suriya xalqına yardım istiqamətində regional və beynəlxalq səylərə dəstək məqsədilə atılmış önəmli addım adlandırıb.

M.Pakayin istənilən xarici müdaxilə, əcnəbi dövlətlərin Suriya xalqı və dövlətinə qarşı təcavüzü və müdafiəsiz insanların terrorçular tərəfindən qırğın edilməsi ilə müxalifət edərək, İranın Suriya böhranının diplomatik və siyasi yollarla həll edilməsi üzrə səyləri xüsusilə də, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Əxzər İbrahiminin səylərini himayə etdiyini bildirib.

İran səfiri Suriya xalqının ağrı və acılarını azaltmaq məqsədi ilə bu ölkəyə dərhal humanitar yardımların göndərilməsini və bu ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsini, didərginlərin öz evlərinə geri dönmələrinə şəraitin yaradılmasını vurğulayaraq, dağıntılara məruz qalmış məntəqələrin abadlaşdırılması istiqamətində səylərin göstərilməsini istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu