SuriyaXƏBƏRLƏR

Suriya böhranının suriyalı-suriyalı danışıqlarla həlli

İranın xarici işlər naziri- Doktor Əli Əkbər Salehi öz livanlı həmkarı ilə birgə mətbuat konfransında deyib ki, İran İslam Respublikası Suriya xalqı üçün xaricdən resept hazırlanaraq, ona qəbul etdirilməsinə icazə verməyəcək.

İran İslam Respublikasının xarici işlər naziri Qətərdə keçirilən “Suriyanın dostları” konfransı barədə deyib: Biz Suriya böhranının həlli istiqamətində, Suriyanın milli maraqlarının nəzərə alınması ilə, xaricdən müdaxilə və bir həll yolunun qəbul etdirilməsi olmadan göstərilən səylərlə razıyıq, lakin muzdurlara silah göndərilməsi ilə nəticələnəcək və Suriya daxilində kobudluq və qırğının uzanmasına və bu ölkənin infrastrukturlarının dağılmasına bais olacaq iclaslarla müxalifik.

Salehi qeyd edib: Qərblilər elə bir zamanda insan haqlarından danışırlar ki, Suriyadakı adamyeyənlərə silah verirlər ki, adamları əməlli-başlı yesinlər.
İranın diplomatiya aparatının başçısı Livan Hizbullahı barədə də deyib: Onlar özlərini müdafiə edirlər və başqalaırnın himayəsinə ehtiyacları yoxdur.

Ədnan Mənsur da ölkəsinin Suriya hadisələri ilə bağlı baxışlarını şərh edərək, deyib: Böhranın əvvəlindən Livan bu qənaətdə idi ki, Suriyada əmin-amansızlığın yaradılması təkcə bu ölkə sərhədləri daxilində qalmayacaq və məntəqənin digər ölkələrinə də sirayət edəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu