DünyaXƏBƏRLƏR

Sionistlər Əl-Xəlilin cənubunda 10 fələstinlini həbs ediblər

Sionist rejim hərbçiləri İordan Çayının Qərb Sahilində Əl-Xəlilin cənubunda 10 fələstinlini həbs ediblər.

Sionist rejim qüvvələri cümə günü ( 15 noyabr) Əl-Xəlilin cənubunda Əl-Zahiriyə qəsəbəsinə basqın edərək , 10 gənc fələstinlini həbs edib və istintaq mərkəzlərinə aparıblar.

Sionist rejim hərbçiləri Əl-Zahiriyə qəsəbəsinə basqın etdikdən sonra , bu qəsəbədə yaşayan fələstinlilərdən bir qrupunun mənzillərini də yoxlayıblar.

Sionist rejim əsgərləri habelə İordan Çayının Qərb Sahilində Beyt Ləhm şəhərinin girişində Bilal Bin Riyah məscidində gənc fələstinlilərdən bir qrupunun üstünə atəş açıblar. Hücumda gənc bir fələstinli yaralanıb.

Sionist rejim hərbçiləri və sionist qəsəbə sakinləri hər gün müxtəlif bəhanələrlə fələstinli vətəndaşları hücuma məruz edirlər , sonrada , fələstinlilərdən bir qrupunu döyür və yaralayırlar və bir neçə nəfəri də həbs edirlər .

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu