SuriyaXƏBƏRLƏR

Suriya ordusu 100 terrorçunu zərərsizləşdirdi

Suriya ordusu İdlib şəhərinin ətrafında həyata keçirdiyi əməliyyat zamanı təqribən yüz terrorçunu məhv edib.
Səhər kanalı internet portalının məlumatına görə, öldürülənlər arasında terrorçuların 2 tanınmış liderinə də rast gəlmək olar.
Rusiya əl-Youm da Suriya mənbələrinə istinadla bildirib ki, “Ləva əl-İslam” qrupunun başçısı Zəhran Əluş aldığı yaralar nəticəsində həlak olub. O, Dəməşqin ətrafında yerləşən qərargahının ordu qüvvələrinin hücumuna məruz qaldığı zaman yaralanmışdı.
Həmçinin, çərşənbə günü fələstinli didərginlərin Yərmuk düşərgəsində fələstinli qruplarla silahlı hərbçilər arasında toqquşma baş verib.
Bu gün də Yərmuk düşərgəsinin yaxınlığında yerləşən əl-Təzamin məntəqəsində toqquşmalar davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu