DünyaXƏBƏRLƏR

Ayətullah-ul-uzma Xamenei: Amerikanın müdaxiləsi regionda bir faciə olacaqdır (yenilənib)

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Regiondankənar və xarici qüdrətlərin bir ölkəyə müdaxilələrinin müharibə törətməkdən başqa bir nəticəsi olmayacaq və xalqların hücumçulara qarşı nifrətlərini artıracaqdır.

İslam İnqilabının Böyük Rəhbəri bu gün on birinci dövlətin üzvlərinin o həzrətlə ilk görüşündə regionun həssas və böhranlı şəraitinə işarə edərək, deyiblər: Regionda müharibənin qızışdırılması barıt anbarındakı bir qığılcım kimidir ki, onun miqyası və nəticələri naməlumdur.

Həzrəti Ayətullah-ul-uzma Xamenei Suriya hadisələri ilə bağlı Amerikanın təhdidi və ehtimal olunan müdaxiləsini region üçün bir faciə adlandıraraq, vurğulayıblar: Əgər belə bir addım atılmış olarsa, amerikalılar mütləq İraq və Əfqanıstana müdaxilə etdikləri kimi zərərə düşəcəklər.

O həzrət Misir olayları barədə deyiblər: İran İslam Respublikası heç bir vəchlə Misirin daxili işlərinə qarışmağa meylli deyil, lakin Misir xalqının qırğın edilməsi qarşısında susmaq olmaz.

Həzrəti Ayətullah-ul-uzma Xamenei deyiblər: Misirdə vətəndaş müharibəsindən son dərəcə çəkinmək lazımdır, zira Misirdə vətəndaş müharibəsi İslam Dünyası və region üçün bir faciə olacaqdır.

O həzrət Misirdə demokratiyaya və xalqın rəyinə qayıtmağın vacibliyini vurğulayaraq, belə qeyd ediblər: Misir xalqı illər boyu istibdad hökumətindən sonra islami oyanışın bərəkəti ilə sağlam bir seçki keçirdi ki, bu demokratik proses dayandırılası deyil.

Həzrəti Ayətullah-ul-uzma Xamenei bu görüşün davamında yeni dövlətin sürətlə işə başlaması sahəsində dövlət ilə məclisin ahəngdarlıqlarını yüksək dəyərləndirərək, əlavə ediblər: Məclisin təklif olunmuş nazirlərə yaxşı səs verməsi də yeni dövlətin sürətlə işə başlamasına zəmin yaratdı ki, bu məsələ iki hakimiyyət qüvvəsinin dəyərli ahəngdarlığı və dövlətin fəaliyyətlərinin sürətlə başlaması üzrə prezident və məclisin təqdirəlayiq həssaslığını göstərdi.

İslam İnqilabının Böyük Rəhbəri on birinci dövlətin güclü cəhətləri ilə xalqın ümidlərinin davam etməsi və artmasının eyni vaxtda özünü göstərəcəyinə ümidvarlıq edərək, söyləyiblər: Cənab Ruhani aydın mübarizə və inqilabçı keçmişi, habelə son üç on ildə yaxşı və düzgün mövqeləri ilə şübhəsiz, yeni dövlətin güclü cəhətlərindəndir.

O həzrət xalqa xidməti islami dövlətin əsas hərəkəti və məsul şəxslərin varlıq fəlsəfəsi adlandıraraq, vurğulayıblar: Heç bir məsələ məsul şəxslərin xalqa xidməti yaddan çıxarmalarına səbəb olmamalıdır.

Həzrəti Ayətullah-ul-uzma Xamenei belə qeyd ediblər: Fərqli siyasi, iqtisadi və ictimai münasibətlər bir haşiyədir və xalqa xidmət bir mətn, bu üzdən, haşiyələrin mətnə əsər qoymasına icazə verilməməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu