İranXƏBƏRLƏR

Əhmədinejadın vertolyotu eniş etməyə məcbur oldu

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad və onu müşayiət edən bir qrup icra məsulu bu gün ölkənin ən böyük şose yolunun açılış mərasimində iştirak etmək üçün getdikləri zaman onları aparan vertolyot Əlborz yüksəkliklərində nasazlıqla üzləşib.

Açılış mərasimindən öncə və həmin məkan yaxınlığında baş verən bu hadisədə xoşbəxtlikdən ilahi lütf və xalqın xeyir duası ilə prezidentə və onu müşayiət edənlərə heç bir xəsarət dəyməyib və vertolyotun pilotu məharəti ilə vertolyotu endirə bilib.

Bu məlumata görə, prezident bu hadisədən sonra ölkənin ən böyük tunelinin açılış mərasimində iştirak edib, ölkənin 3 böyük şose yolunun icrasına göstəriş verib və Tehrana qayıdıb.

Prezident və onu müşayiət edənlər sağ-salamatdırlar və nasazlığı olan vertolyot da təmir olunmaq üçün hadisə yerində saxlanılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu