AzərbaycanXƏBƏRLƏR

İlham Əliyev DQ məsələsinin tənzimlənməsində Russianın rolundan razılıq edib

Azərbaycan Respublikası Prezidenti DQ məsələsinin tənzimlənməsində Russianın rolundan razılıq bildirib!

Avqustun 13-də Bakıda Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev bəyanatla çıxışında deyib : “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır.”
Prezident İlham Əliyev deyib : “Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.”
Bir daha, mətbuatın qarşısında yanında bizim nə barədə danışdığımızı qeyd etməliyəm: Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb vardır. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır.
Rus mədəniyyətinin Azərbaycana təsirindən danışan İlham Əliyev bildirib : “Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir.”
Bunu əsaslandıran Prezident İlham Əliyev deyib : “Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır. Bir daha, mətbuatın qarşısında yanında bizim nə barədə danışdığımızı qeyd etməliyəm: Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb vardır. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır.”
Digər tərəfdən Russia
Prezidenti Vladimir Putinin bəyanatında bildirib : “Biz Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının mühüm istiqamətlərini ətraflı müzakirə etdik, onun gələcək inkişafına, ilk növbədə, əlbəttə, ticari-iqtisadi sahədə inkişafa dair planlar cızdıq. Bununla əlaqədar qeyd edə bilərəm ki, dünya iqtisadiyyatında məlum tənəzzülə baxmayaraq, bizim ticari münasibətlərimiz inkişaf edir, özü də uğurla inkişaf edir. Keçən il bu sahədə artım, müxtəlif hesablamalara görə 37 faizdən 47 faizə qədər olmuşdur. Bu, indiki dövrdə ölkələrimiz arasında münasibətlərdə aşkar görünən rekordlardan biridir.”
Putin əlavə edib : “Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir – yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə. Yaxşı məlumdur ki, bunlar faktiki məişət səviyyəsidir, lakin əslində böyük iqtisadi əhəmiyyət kəsb edir. Hamı yaxşı bilir ki, Rusiyada kifayət qədər çoxlu Azərbaycan vətəndaşı işləyir, onların sayı bir milyondan artıqdır, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq bu, iki milyondan çoxdur.”
Russia Prezidenti bunu da vurğulayıb : “Dağlıq Qarabağ probleminə də toxunduq. Vurğulamaq istəyirəm ki, bu münaqişə yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu