DünyaXƏBƏRLƏR

MTN 10-Mart məhbuslarına vəkil tutmağın qarşısını alıb

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq  əsgər ölümünə həsr olunan  etiraz aksiyasında  həbs elədikləri gənclərin ailə üzvlərinə  övladları üçün vəkil tutmağın qarşısını alıblar. 
Məhbus gənclərdən olan Məmməd Əzizovun ailəsi isə vəkildən imtina etmək məcburyyətində qalıb.
Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, Məmməd Əzizov həbs olunandan sonra gəncin atası Rasim Əzizovla görüşüb və oğlunun hüquqlarının müdafiəsi məsələsində razılıq əldə ediblər. Ancaq bu baş tutmayıb.
Martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşları “Nida” Vətəndaş Hərəkatının üç üzvünü saxlayıb.
Rəsmi məlumatda iddia olunur ki, Bəxtiyar Quliyevin yaşadığı evdə 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana, Şahin Novruzlunun yaşadığı evdə 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul vəsaiti, 252,27 qram həşiş qətranı, Məmməd Əzizovun kirayə yaşadığı evdə 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur, tel:+994, ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu