SuriyaXƏBƏRLƏR

Suriya terrorlarında görünməyən məqamlar

BMT və Ərəb Liqasının Suriya böhranının həlli üzrə xüsusi nümayəndəsi Əxzər İbrahiminin fəaliyyət dövrünün daha 6 ay üçün uzadılması ilə bir vaxtda terrorçular Dəməşqdə bir idman kompleksini qumbaraatanla hədəfə alaraq, qanlı bir günə start verdilər.
Bu hadisənin ardınca paytaxt Dəməşqdə ardıcıl olaraq bir neçə partlayış baş verdi. Suriya televiziyası dünən bildirdi ki, paytaxtın əl-Məzrə məntəqəsində baş verən 3 ardıcıl partlayış nəticəsində 53 nəfər həlak olub, 237 nəfər isə yaralanıb. Partlayışlar bir avtobus dayanacağı və bir məktəbin yaxınlığında baş verib. Suriya mənbələri bildirirlər ki, partlayışların məktəblilərin sıx olduğu bir məkanda baş verməsinə görə, çoxlu sayda uşaq və məktəbli hadisənin qurbanına çevrilib.
Suriya Parlamenti də sivil insanların qırğın edilməsi üzrə terrorçuların hücumlarını pisləyərək, bildirib: Terrorçu qruplaşmalar və onların xarici himayədarları Dəməşqin milli danışıqlar planından qəzəbləniblər və buna görə də belə bir terror aktına əl atıblar. Suriya Parlamenti bir bəyanat yayaraq, terrorçular, onların xarici himayədarları və bəzi qonşu ölkələrin, Suriya ordusu qarşısında məğlubiyyətə uğradıqdan sonra sivil insanları qırğın etməklə Suriya xalqını qorxutmaq istəyirlər.
BMT də cümə axşamı Dəməşqdə baş vermiş partlayışı pisləyərək, Suriyada kobudluqlara son qoyulmasını istəyib. BMT baş katibinin sözçüsü Martin Nsirki deyib: Dəməşq partlayışları Suriyada mövcud vəziyyətin son dərəcə ağır olduğundan xəbər verir və böhranın bütün regionu bürüyəcəyi haqda bir xəbərdarlıq sayılır. Buna baxmayaraq, Nsirki cümə axşamı Dəməşqdə baş verən partlayışları terror hücumu adlandırmaqdan çəkinib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də cümə axşamı Dəməşqdə baş vermiş partlayışlarda həlak olanların ailə üzvlərinin kədərinə şərik çıxaraq, bu terror hücumunu pisləyib. Səhər kanalının məlumatına görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, vurğulayıb: Suriya xalqının düşmənləri bu ölkədə sabitlik və təhlükəsizliyin bərqərar edilməsini istəmirlər və ölkədə cərəyan edən milli barışıq prosesini öz maraqlarına zidd hesab edirlər. Buna görə də çalışırlar ki, terror aktları törətməklə xalq arasında qorxu və dəhşət hissi yaratmaqla ölkədə siyasi islahatların aparılmasına mane olsunlar.
Bu arada bəzi region ölkələri o cümlədən Ərəbistan, Türkiyə və Qətər Suriyada terrorçuları maliyyələşdirmək və silahlandırmaqla aşkar formada bu ölkədəki böhran odunu daha da alovlandırmağa çalışırlar. Qətərin baş naziri Şeyx Həməd ibn Casim ibn Cəbər Ali-Sani 3 gün öncə demişdi: Biz Suriya böhranına son qoymaq üçün müxalifət qüvvələrinə istədikləri hər şeyi verməyə hazırıq.
Suriya hökumətinə qarşı formalaşmış Qərb-Ərəb birliyi Suriya böhranına beynəlxalq sima bəxş etmək niyyətindədir. Bu ölkələr çalışırlar ki, Suriyadakı terrorçuları silahlandırmaqla Bəşşar Əsəd hökumətini devirsinlər. Ərəbistanın kəşfiyyat orqanının keçmiş başçısı Türki Feysəl son zamanlar aşkar formada Suriyadakı terrorçuların silahlandırılması təklifi ilə çıxış edib. Diqqəti özünə cəlb edən mühüm məsələlərdən biri budur ki, bütün bu irticaçı təkliflər Suriya xalqını himayə adı altında irəli sürülür. Halbuki, bu ölkələrin özündə xalqın tələblərinə heç bir əhəmiyyət verilmir. Eyni zamanda Suriyada terrorçuların hücumlarının əsas hədəfləri sivil və müdafiəsiz insanlardırlar ki, Amerika və region ölkələri tərəfindən himayə olunan silahlılar tərəfindən qırğın edilirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu