İranXƏBƏRLƏR

İranın Sərhəd Qoşunlarının komandanı İranın narkotik maddələrlə mübarizədəki öncül roluna təkid etdi

İranın Sərhəd Qoşunlarının komandanı Bakıda bir mətbuat konfransı təşkil edərək, İranın narkotik maddələrlə mübarizə üzrə nailiyyətlərinə işarə edərək, deyib: İran dörd min şəhid və 12 min yaralı təqdim etməklə dünyada narkotik maddələrlə mübarizədə öncüldür.

General-Mayor Hüseyn Zülfüqari Əfqanıstanın işğal edilməsindən sonra bu ölkədə narkotik maddələrin istehsalının artmasına işarə edərək, deyib: Narkotik maddələrin daxil olmasının qarşısının alınması üçün İranın Əfqanıstan və Pakistanla olan sərhədlərində ciddi və əsaslı işlər həyata keçirilibdir.

Hər ay İranda 38 ton narkotik maddənin aşkarlanmasını bildirən General-Mayor Zülfüqari sonra deyib: Narkotik maddələrlə mübarizə, region ölkələrinin müştərək əməkdaşlıqlar həyata keçirməsinə ehtiyaclıdır və müştərək əməkdaşlıqların olmadığı təqdirdə narkotik maddələrdən yaranan faciə təsəvvür ediləsidir.

İranın Sərhəd Qoşunlarının komandanı Əfqanıstanda işğalçıların narkotik maddələrin geniş yayılmasındakı rollarına işarə edərək, deyib: Azərbaycan Respublikası Əfqanıstandan Avropaya narkotik maddələrin tranzit edilməsi yolunda yerləşir və əgər İranın narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə üzrə əsaslı hərəkətləri olmasa, onlarla ton narkotik maddə Qafqaz və Azərbaycan Respublikasına daxil olar.

General-Mayor Zülfüqari Qaçaqçılar tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin narkotik maddələrin qaçaq edilməsi üçün istifadə edilməsi barədəki sualın cavabında deyib: İranın Azərbaycan Respublikasının işğal edilmiş əraziləri ilə sərhədləri birtərəfli olaraq qorunur və biz bu məntəqədə narkotik maddələrin qaçaq edilməsi haqda informasiyaya malik deyilik.

Özünün Azərbaycan Respublikasına səfərdən məqsədinin müştərək sərhədlərdə təhlükəsizliyin daha artıq gücləndirilməsi uğrunda əməkdaşlıqların genişləndirilməsi olduğunu bildirən İranın Sərhəd Qoşunları Komandanı sonra deyib: Beləcə görüşlərin hər il bir-iki dəfə həyata keçirilməsi barədə razılıq əldə edildi.

General-Mayor Zülfüqari həmçinin iki ölkənin sərhəd qüvvələrinin nəzarəti və ikitərəfli ahəngdarlıqla sərhəd məntəqələrində Araz Çayının kənarlarındakı bəndin möhkəmləndirilməsi haqda da razılığın əldə edildiyini bildirib.

İranın Sərhəd Qoşunlarının komandanı, İranın Azərbaycan Respublikası ilə xalq əməkdaşlıqlarını genişləndirmək üçün Culfa məntəqəsində yeni körpü inşa etməsini bildirərək, deyib: Bu məntəqədə sərhədləri qorumaq üzrə işlər üç ay içərisində həyata keçirilir və İran bu sərhəd körpüsünün daha tez bir zamanda istifadəyə verilməsində təmayüllüdür.

General-Mayor Zülfüqari Xəzər Dənizinin təhlükəsizliyi haqda da münasibət bildirib.

” Biz Xəzər dənizinin sülh və dostluq dənizi olduğuna inanırıq və Xəzər dənizində sahilyanı ölkələr tərəfindən heç bir hədə müşahidə etmirik. Biz əcnəbilərin regiondakı iştiraklarının əmin-amansızlıq amili ola bilməsinə inanırıq” –deyə İranın Sərhəd Qoşunlarının komandanı sözlərini bitirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu