
İran İslam Şurası Məclisi Pakistanda şiələrin kütləvi şəkildə qırğınının davam etməsini ABŞ və İngiltərənin başçılığı ilə islam düşmənlərinin məkrli planı adlandırıb.
İran İslam Şurası Məclisinin millət vəkilləri bu gün bir bəyanatda Pakistan şiələrinin ifratçı qruplar tərəfindən kütləvi şəkildə qırğının pisləyərək bildiriblər: Pakistan şiələrinə qarşı son cinayətlər ABŞ, İngiltərə və əcnəbilərin başçılığı ilə islam düşmənlərinin məkrli planıdır.
Bu bəyanatda əlavə olunur: İslam dünyasının ümumi fikri, xüsusilə İran xalqı Pakistan hökuməti, parlamenti və təhlükəsizlik qurumlarından var-gücü ilə Pakistanın milli təhlükəsizliyini təhdid edən islam düşmənlərinin anti-insani məkrli planları ilə qətiyyətli davranmasını və onun davam etməsinə mane olmasını gözləyir.