İranXƏBƏRLƏR

NPT iclası başa çatdı, ABŞ yenə təcriddə qaldı

Nüvə silahlarının yayılmasını qadağan edən NPT protokolunu araşdırma konfransına hazırlıq komitəsinin 2 həftə davam edən iclası, iclas iştirakçılarının nüvə silahlarına malik ölkələri kəskin formada tənqid etmələri, sionist İsrail rejiminin ciddi qınağa tuş gəlməsi və ABŞ-ın işğalçı sionist rejimi himayə etdiyinə görə təcridə məruz qalması ilə başa çatdı.

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi və daimi səfiri- Əli Əsğər Soltaniyyə cümə günü NPT protokolunu araşdırma konfransına hazırlıq komitəsinin Cenevrədə keçirilən iclasının sonunda deyib: 2 həftə davam edən Cenevrə iclası başa çatdı. İclas ümumilikdə mühüm müraciətlərə malik idi.
Ə.Soltaniyyə iclas iştirakçılarının ötən il Helsinkidə keçirilməsi planlaşdırılan Nüvə Silahı Olmayan Yaxın Şərq konfransının təşkilinə imkan vermədiyi üçün ABŞ-ı kəskin formada tənqid etdiklərini deyərək, vurğulayıb: İlk dəfə idi ki, Amerika bu formada, hətta öz müttəfiqləri tərəfindən qınaq obyektinə çevrildi. Beləliklə, bu iclasda hamı Amerikanın sionist İsrail rejimi himayə etdiyi üçün necə təcridə məruz qaldığının şahidi oldu.
Soltaniyyə çıxışının davamında atom bombasına və nüvə silahına malik ölkələrin də NPT protokolunun 6-cı bəndinə və 2010-cu ildə əldə olunmuş anlaşmaya riayət etmədikləri üçün tənqidə məruz qaldıqlarını da qeyd edib.
İranın AEBA-dakı nümayəndəsi- Əli Əsğər Soltaniyyə İngiltərənin nüvə silahlarının yenilənməsi layihəsini, Traydent atom sualtı qayığı layihəsinin davam etdirilməsini, İngiltərə və Fransa arasında nüvə silahları sahəsində əməkdaşlıqların davamını və sionist İsrail rejiminin NPT protokoluna qoşulmaqdan yayınmasını Cenevrə iclasında qınaq obyektinə çevrilən digər mühüm məsələlərdən adlandırıb və deyib: Nüvə silahına malik olmayan ölkələrə qarşı nüvə silahlarından istifadə və Nüvə silahına malik olmayan ölkələrin dinc məqsədlər üçün olan nüvə təsisatlarına qarşı hücum təhdidi konfransda tənqidə məruz qalan digər mövzulardan olub.
Əli Əsğər Soltaniyyə əlavə edib: Bu məsələlərin kənarında NPT protokolunun araşdırılması konfransının qərarları, xüsusilə də ABŞ-ın birtərəfli rəftarları nəticəsində Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi konfransının keçirilməməsi Misiri təmsil edən nümayəndə heyətinin iclasın ikinci həftəsində iclası tərk etməsi, bunun ardınca ərəb ölkələrinin tənqidlərinin kulminasiya nöqtəsinə çatması və nəhayət Qoşulmama Hərəkatının iclasın son günlərində bu kimi rəftarlara qarşı öz mövqeyini qətiyyətli formada bəyan etməsi iclasda cərəyan edən digər hadisələr olub.
İranın Cenevrə konfransındakı nümayəndəsi sonda deyib: İclasın son anlarında Qoşulmama Hərəkatı fövqəladə bir iclas təşkil edərək, bir bəyanat qəbul etdi. Bu bəyanat konfransın yekun nəticəsinə etirazla yanaşı, onun təsdiqlənməsi və yekun sənədə əlavə edilməsinə mane oldu. Bunun özü Qoşulmama Hərəkatının bu mühüm siyasi-beynəlxalq məsələdə nə dərəcədə vəhdətə malik olmasının göstəricisidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu