Amerikalı siyasi şərhçi ABŞ senatındakı sionist lobbisinin İranla 5+1 qrupu arasında əldə olunmuş nüvə razılaşmasını beynəlxalq təhlükəsizliyin zərərinə pozmağa cəhd göstərdiyini bildirib.
Amerikalı siyasi şərhçi Alen Elsner Hafinqton post qəzetinə verdiyi müsahibədə İranla nüvə razılaşmasının beynəlxalq təhlükəsizlik üçün ümidverici nəticələrinə toxunaraq deyib: ABŞ senatındakı bəziləri Amerika prezidenti Barak Obamanın İranla etimad yaratma səylərinə rəğmən bu prosesi əngəlləməyə cəhd göstərirlər.
Cümə axşamı günü bir qrup Amerikalı respublikaçı senator İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə dair bir layihə təqdim etmişlər. hal bu ki bu layihə keçən ay Cenevrədə İranla 5+1 qrupu arasında əldə onunmuş razılaşmaya ziddir.