İranın Neft Qazıntıları üzrə Milli Şirkətinin icraçı müdiri İranla İraq arasında neft sahəsində əməkdaşlıqların genişləndirilməsi və neft qazıntıları haqda iraqlı işçilərin İranda təlim keçəcəklərindən xəbər verib.
İranın Neft Qazıntıları üzrə Milli Şirkətinin icraçı müdiri Həmidrza Golpayqani deyib: bu şirkət və İraqın Neft Qazıntıları Şirkəti neft əməkdaşlıqları xüsusilə iki ölkə arasındakı neft və qaz quyularının texniki xidmətləri haqda əməkdaşlıqların genişləndirilməsini çərçivəsində bir müştərək işçi qrupunda texniki, ixtisas və təlim üzrə əməkdaşlıq zəminlərini araşdırıb, müqavilənin imzalanmasına şərait yaratsınlar.
İranın Neft Qazıntıları üzrə Milli Şirkətinin beynəlxalq reytinqə və şöhrətə malik olduğunu bildirən Golpayqani sonra deyib: İranın Neft Qazıntıları üzrə Milli Şirkəti kompleksi mühəndislik və texniki elmə əsasən formalaşıb və bu strateji sənayenin mütəxəssisləri üç onillikdən çoxdur ki, özlərinin İranın mürəkkəb neft və qaz mənbələrini fəth etmək haqda öz texnikaları və yüksək səviyyəli elmlərini sübut ediblər.