Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin tərəfdarlarından on minlərlə nəfər Qahirənin bir neçə meydanında aksiyalar keçirərək, Mursinin prezidentlik vəzifəsinə geri qayıtmasını istəyiblər.
Məhəmməd Mursinin tərəfdarlarından on minlərlə nəf bu gün günortadan sonra Qahirə məscidlərindən bu şəhərin əsas meydanlarına doğru yürüş ediblər. bu böyük aksiyada Mursinin hakimiyyətə geri dönməsini istəyib, seçilmiş prezidentliyin qanuniliyi əleyhinə çevrilişlə özlərinin müxalifətlərini bildiriblər.
Mursinin tərəfdarları ötən iyun ayının 28-dən bəri Mursinin Misirin prezidenti kimi qanuniliyini himayə məqsədilə məhdudiyyətsiz oturaq aksiyasına başlayıblar ki, bu oturaq aksiyası hələ də davam edir.