İranXƏBƏRLƏR

İranda prezident seçkiləri namizədləri arasındakı rəqabətlərə start verildi

İranda 11-ci prezident seçkiləri namizədlərinin adlarının Negəhban Şurası tərəfindən qeydiyyata alınması və Daxili İşlər Nazirliyi tərəfindən namizədlərin adlarının elan olunması ilə namizədlər arasındakı seçki rəqabəti rəsmən başlamış oldu və namizədlər seçkilərdən 24 saat öncəyə kimi təbliğat və təşviqat kampaniyalarını davam etdirə bilərlər.

Prezident seçkiləri ilə bağlı qanunun 66-cı maddəsinə istinadla namizədlərin adlarının rəsmən elan olunması ilə namizədlər cari xordad ayının 23-nə kimi öz seçki kampaniyalarını davam etdirə bilərlər.

İİR-in Radio və Televiziya Təşkilatı sədrinin dediyinə görə, hər namizəd üçün minimum 6 saat televiziya və 4 saat radio vaxtı nəzərdə tutulub. Onun dediyinə görə, bu müddətin 20% artırılması imkanı da mövcuddur.

Həmçinin, hər bir namizəd televiziya vasitəsilə yayımlanması üçün öz həyat və yaradıcılıqları habelə, prezidentlik dövrü üçün proqramları ilə bağlı hər biri 30 dəqiqə olmaqla iki sənədli film təqdim edə bilərlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu