Ənnəsrə terror dəstəsinin bir qrup üzvü Livanın sərhəd məntəqələrinə hücumun məsuliyyətini öz üzərinə götürüb.
Ənnəsrə cəbhəsinə bağlı əl-Bəra adlı terror dəstəsi internetdə bir videoyazı yayımlayaraq, Livana edilən raket hücumunun məsuliyyətini öz üzərinə götürüb.
Ənnəsrə terror birləşməsi əl-Qaidəyə bağlı bir dəstədir.
Bu videoyazıda Homs vilayətinin əl-Qəsir məntəqəsindən raketlərin necə buraxılması nümayiş etdirilir.
Bu videoyazıda terrorçular Livan müqavimətinin mövqelərini vurduqlarını iddia edirlər. Halbuki, bu hücum zamanı yaşayış məntəqələri hədəfə alınıb və bir qrup sivil insan həlak olub.