Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş podratçısı ifşa edərək bildirib ki, Twitter, Facebook və YouTube Amerika və İngiltərənin casusluq xidmətlərinin dünyada fitnəsalma və təbliğat vasitələridirlər.
Eduard Snouden tərəfindən yayılan yeni sənədlər göstərir ki, Amerika və İngiltərənin casusluq xidmətləri Twitter, Facebook, Flickr və YouTube kimi sosial şəbəkələrdən digər ölkələrdə çaxnaşmalar törətmək, həmçinin təxribatçı təbliğatlar aparmaq və informasiyalara əl gəzdirmək üçün istifadə edirlər.
İfşa olunmuş sənədlərin ümumi nəşrində Snoudenin əsas həmkarı və müstəqil jurnalist olan Glenn Greenwald-ın dediyinə görə, Amerika və İngiltərənin casusluq xidmətləri sosial şəbəkələrdən istifadə edərək, ümumi fikri bəzi ölkələrin hökumətlərinə qarşı təhrik edir və daxili çaxnaşmaları formalaşdırmağa səy göstərirlər.
İntercept-də yayılmış bu ifşaçılıqlara əsasən, həmin sənədlər göstərir ki, bu xidmətlər dünyada nə cür gərginlik yaradır və Qərbin maraqları istiqamətində iri internet şirkətlərindən necə bəhrələnirlər.