İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və səfiri İranın Livandakı mədəniyyət mərkəzi önündə baş verən terror aktını pisləyib.
İRNA-nın verdiyi məlumata əasən, İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Məhəmməd Xəzai TŞ iclasında etdiyi çıxışda, İranın Beyrutdakı mədəniyyət mərkəzi önünüdə baş verən terror aktının qurbanları ailələrinə, İran xalqı və hökuməti tərəfindən başsağlığı verərək, təkidlə bidlirib ki, bu terror hadisəsi bütün bölgə və dünyanın təhülkəsizliyi üçün təhlükə sıqnalı sayılır.
Xəzai İranın Beyrutdakı mədəniyyət mərkəzinin önünüdə baş verən partlayışın, əslində regionda müsəlmanlar arasında ixtilaf və fitnə törətmək və dinc əhalinin canı və malını hədəfə almaq məqsədi ilə törədildiyini deyib.
Ötən gün (çərşənbə 19 fevral) İranın Berutdakı mədəniyyət mərkəzi bainası, İRNA-nın şöbə ofisi və İRİB-nin ofisi yaxınlığında iki terrorçu partlayışin baş verməsi nəticəsində ən azı 8 nəfər ölüb, 120 nəfərdən artıq insan da yaralanıb.
Terrorçu Abdullah Ezam qurplaşması həmin partlayışılarn məsuliyyətini üzərinə götürüb.
Öncə də Abdullah Ezam terrorçu qruplaşması 2013-cü il 19 noyabr İranın Beyrutdakı səfirliyinin önündə baş verən terror aktının məsuliyyətiniüzərinə götürmüşdü.
19 noyabr İranın Beyrutdakı səfirliyinin önündə baş verən terror aktı nəticəsində 25 nəfər, o cümlədən İranın Livandakı səfirliyinin mədəni attaşesı İbarahim Ənsari şəhid, 150 nəfərdən çox insan isə yaralanmışdı.