SuriyaXƏBƏRLƏR

Suriyada İmam Əli(ə) məscidində partlayış törədilib

Suriyada terrorçu bir dəstənin üzvləri bu ölkənin şimal şərqində bir məsciddə partlayış törədiblər.

Livanın Əl-Məyadin televiziyası bir məlumatda qeyd edib: Suriyada terrorçu bir dəstənin üzvləri cümə axşamı günü ( 5 sentyabr ) Suriyanın şimal şərqində Əl-Həsəkənin yaxınlığında Əl-Şədadə məntəqəsində İmam Əli (ə) məscidində partlayış törədiblər.

Bu əsnada , Skynews televiziyası da Dəməşq şəhərinin Əl-Sumeriyə məntəqəsində bir elmi araşdırmalar mərkəzinin önündə güclü bir partlayışın törədildiyini bildirib.

Suriya televiziyası da bir məlumatda qeyd edib: Terrorçular , Rif şəhərinin Məlula məntəqəsində ” Mar Təqla ” , ” Mar İlyas ” , “Mar Cərcis ” kilsələrini qumbara ilə hədəfə alıblar.

Hadisədə ” Mar İlyas ” kilsəsində yanğın baş verib, törədilən tələfat barədə dəqiq məlumat əldə yoxdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu