SuriyaXƏBƏRLƏR

Suriyada S-300 raketləri yerləşdirildi

Rusiyanın bir hərbi-siyasi rəsmisi raket əleyhinə müdafiə sistemi olan S-300 zenit raket kompleksinin rusiyalı hərbi mütəxəssislər ilə birlikdə artıq Suriyada yerləşdirildiyini bildirib.

Nezavisimaya Qazeta-nın yazdığına görə, bu kimi hərbi təchizatların Suriyaya verilməsi ötən iki ildə tamamilə gizli və məxfi formada həyata keçirilib. Hal hazırda Suriyada 4 ədəd S-300 zenit raket kompleksi mövcuddur. Raket əleyhinə müdafiə sistemi olan S-300 zenit raket komplekslərinin Suriyaya verilməsi üzrə müqavilə 2010-cu ildə Dəməşq ilə Moskva arasında imzalanıb.

Bu qəzet daha sonra yazır: Bu təchizat müdafiə xarakterli olub və əsasən ölkənin şiə sakinli məntəqələrində və Bəşşar Əsəd rejiminə sadiq olan ərazilərdə quraşdırılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu