Bir terrorçu kamikadze cümə axşamı günü Kərkük şəhərində şiələrə məxsus bir hüseyyniyənin önündə üzərindəki bombanı partladıb.
İraq polisinin yüksək səviyyəli bir məmuru bu terror aktında 12 nəfərin həlak olduğunu bildirib.
Terrorçu kamikadze Kərkük şəhərində Zəhra hüseyniyyəsinə daxil olmağa çalışsa da, polis ona mane olub. Bunu görən terrorçu dərhal üzərindəki partlayıcı qurğunu işə salıb.
Bu məlumata görə, hadisə nəticəsində 18 nəfər də yaralanıb.