DünyaXƏBƏRLƏR

Çin: Amerikalılar yalnız nefti qarət etmək ardıncadırlar

Çinə hakim partiyanın mətbu orqanı dünyanın qərbin siyasətlərinin puç olduğunu dərk etdiyinə toxunaraq yazıb: Amerikalılar Yaxın Şərqdə yalnız sionist rejimi dəstəkləmək və nefti qarət etmək strategiyasını izləyirlər.

Xalq qəzeti ötən bir həftə ərzində 2-ci məqalədə Amerikanın təcavüzkar xasiyyəti barəsində yazıb: ABŞ 5 trilyon dollar vəsaitlə və İraqda müharibə yaratmaqla bu ölkəni məhv və onun xalqının taleyini acı etdi.

Barak Obamanın bölgəyə, o cümlədən işğal olunmuş ərazilərə son səfəri ilə əlaqəli olan bu məqalədə əlavə olunur: Amerikanın İraq xalqının taleyini oğurlaması ilə bağlı bu həqiqətin mövcud olmasına baxmayaraq, yenə də Vaşinqton siyasətçiləri Suriya və İran hökumətlərini devirmək üçün səylərindən əl çəkmək istəmirlər.

Xalq qəzeti əlavə edir: ABŞ İraqa qarşı müharibə ilə bu ölkəni məhvə sürüklədi. Suriyada müdaxilə edir. Lakin uğur qazanmayıb və İran barəsində də əsla bir iş görə bilməyəcək.

Pekində çıxan bu çox tirajlı qəzet bildirib: Bununla belə hələ də ABŞ-da Suriya və İranla müharibə təbilini çalan siyasətçilər vardır.

Elə qədimdən ingilislərin İraqa göz dikdiyini və qərbin nefti qarət etmək üçün regionu həmişə de-stabil etmək ardınca olduğunu bildirən bu qəzet yazır: Həmin qərblilər, xüsusilə də İraqda çoxlu yanlışlıq edən ingilislər sionistlər tərəfindən dəstəklənirlər və neft ehtiyatlarını qarət etməkdən başqa strategiyaları yoxdur.

Bu qəzet yazır: Amerikalılar da ingilislərə aldandılar, çox naşı şəkildə İraqla müharibə üçün Londonun planını izlədilər və o ölkə hökumətinin devrilməsi yolunu Təl-Əvivi qorumaq bəhanəsi ilə sionist planlara əsasən keçdilər.

Xalq qəzeti qərbin Yaxın Şərq və Şimali Afrikadakı de-stabil vəziyyəti yaratdığını və onu genişləndirdiyinə toxunaraq bildirir: Onlar davamlı müharibələrdən mənfəət görməyəcəklər və Yaxın Şərq ölkələrinin dostluğunu sarsıda bilməzlər. Dünya artıq qərbin siyasətlərinin puç olduğunu anlayıb. Lakin onlar özləri bu həqiqəti qəbul etmək istəmirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu