Türkiyənin prezident sarayı ətrafında şübhəli bir şəxs həbs edildi.
Türkiyə prezident sarayının həndəvərində gəzməkdə olan şübhəli bilinən bir şəxs təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Polis iddia edir ki, o , prezident Abdullah Gülün əleyhinə sui-qəsd əməliyyatı həyata keçirmək fikrindəymiş.
Türkiyənin ” Bingöl ” şəhərinin sakini olan bu şəxsin çantasından narkotik maddə , silah və bir ədəd CD aşkarlanıb.
Daxil olan məlumata əsasən, Türkiyə prezident sarayının nizam-intizamçı qüvvələri sözügedən şəxsin üzərində yoxlama işləri apardıqdan sonra onu Ankaranın terrorizmə qarşı mübarizə idarəsinə təhvil veriblər. Orada istintaq işlərinin aparılmasının ardınca bu məsələ ilə bağlı daha 4 nəfər də istintaq edilib.