AvropaXƏBƏRLƏR

Almaniyada at əti rüsvayçılığı

Protein məmulatlarında mal əti əvəzinə at ətindən istifadə rüsvayçılığı Almaniyanın digər vilayətlərinə də yayılıb.

Mal əti əvəzinə at ətindən istehsal olunmuş proteinli məhsulların Nordrin Vestvalin əyalətinə daxil olması ilə bəlli olub ki, Badin Vörtembürq və Brandenbürq vilayətlərində də bu məhsullar təqdim olunub.

Hal-hazırda bu məhsullar araşdırılmaq üçün laboratoriyaya göndərilib.

Bu rüsvayçılıqla digər qida məhsulları təqdim edənlərin də ittiham mərkəzində durduğunu qeyd edən alman telekanalı bildirir: Hələlik Almaniyada “Real” satış mərkəzlərində təqdim olunan dondurulmuş qida məhsullarında at ətinin olması qətiləşməyib.

Avropa Birliyi komissiyası üç aylıq bir iş prosesində “DNA” sınağı və bu məhsullarda zərərli dərmanların mövcud olması ehtimalı üzrə analizlər verməyi istifadəçilərə təklif edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu