AvropaXƏBƏRLƏR

At ətinin Avropa bazarlarından da geniş yayılması nigaranlığı var

Avropada ekspertlər bildirirlər ki, Avropa ölkələrində paylanılan at ətininin dondurulmuş növü Avropa bazarlarından da geniş şəkildə ixrac oluna bilər.

Avropa bazarlarında at ətinin geniş şəkildə satışı üzrə ehtimallar və qalmaqallardan sonra nəhayət müştərilərin etimadından sui-istifadə və saxta möhürlə fransız Spangeru şirkəti adına qeyd olunub.

Araşdırmalar göstərir ki, bu ət növü ilk öncə Rumıniyadan Belçikaya sonra isə Fransanın Spangeru şirkətinə qablaşdırılmaq üçün göndərilib.

Fransada istehlak məsələləri üzrə müşavir naziri Nubua Hamun deyib: Spangeru ət məmulatları şirkəti tam məlumatlı şəkildə mal əti etiketini at ətinin üzərinə yapışdırıb.

Məlumatlara görə Avropada 13 ölkənin əhalisi at ətini dadıblar. Bu növ ətin ilk yükü Fransada paylanıb və almanlar da at ətini dadan son müştərilər olublar. Hərçənd ki, paylanan həcm barəsində açıqlama verilməyib. Lakin Avropa bazarından daha geniş nigaranlıqlar irəli sürülür.

Fransa ət məmulatları bazarının eksperti Rene Le Port deyib: Bu ətin dondurulmuş növünün ömrü çoxdur və qiymət baxımından uzaq bazarlara da ixrac olunması mümkündür.

Avropa Birliyinin ilk reaksiyasında bu fransız şirkətin fəaliyyəti dayandırılıb və onun 330 işçisi işsiz qalıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu