2011-ci ildən bu yana davam edən Suriya böhranı səbəbiylə ölkədən qaçan qaçqınların sayı 1 milyon 300 minə çatdı. Xəbəri Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatı duyurdu.İTAR-TASS agentliyi, qaçqınların yarıdan çoxunun ölkələrini son üç ayda tərk etdiyini, köçün artmasına, son aylarda ölkə rəhbərliyi və müxalifət arasında yaşan qanlı qarşıdurmaların şiddətlənməsi səbəb olduğunu bildirdi.BM ‘dən alınan məlumatlara görə, 2011 Mart ayından bu yana hökumət qüvvələri və silahlı hərbiçilər arasında çıxan qarşıdurmalarda 70 mindən çox insan öldü və təxminən 100 min nəfər yaralanıb.